Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏLİ HƏSƏNOV: “ERMƏNİLƏR ŞUŞA MƏSCİDİNDƏ DONUZ SAXLAYIRLAR”

“Məcburi köçkünlərin hüquqlarının qorunması hər hansı beynəlxalq sənədlə tənzimlənmir”.

“Bu gün ermənilər Şuşa məscidində donuz saxlayırlar. Başqa dövlətlər ermənilərə kömək edirlər. İslamçılıq budurmu?”

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Ə.Həsənov qeyd edib ki, yeni salınan Cocuq Mərcanlı kəndində 50 ev tikilsə də, orada yaşamaq üçün 250 nəfər ərizə verib: “Respublikanın cənubundan, şimalından müxtəlif ərazilər daxil olub. Bütün insanlar ora axışmaq istəyir”.

Ə.Həsənov bu gün bəzi terminlərin düzgün müəyyənləşdirilmədiyini də açıqlayıb:

“Ümumiyyətlə, ad qoymada da problemlər var. Qaçqın, məcburi köçkün və miqrant. Bunlar da düşünülmüş müəyyən məqamlardır. Yaxud ad qoyublar, özündən asılı olmadan yerdəyişmə. Hesab edirəm ki, burada da hüquqi boşluq var”.

Komitə sədri qeyd edib ki, qaçqınlar haqqında beynəlxalq konvensiya olsa da, məcburi köçkünlər haqqında beynəlxalq konvensiya yoxdur:

“Buna görə də məcburi köçkünlərin hüquqlarının qorunması hər hansı beynəlxalq sənədlə tənzimlənmir. Bu boşluqlar bilərəkdən yaradılır. Avropa Parlamenti niyə Azərbaycandakı məcburi köçkün və qaçqınların hüquqlarının qorunması haqqında bəyanat vermir? Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan bütün dünyaya hörmətlə yanaşırsa, Azərbaycana da hörmətlə yanaşmaq lazımdır”.

Baş nazirin müavini qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun işğal altındakı bütün torpaqlarımızı işğaldan azad etmək əzmində olduğunu bir daha göstərdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...