Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Əli Həsənov: “Gəncədə baş verənlər Türkiyədəki hadisələrlə oxşardır”

“Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər”.

Gəncədəki hadisələr dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib.

Din.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul dövlət çevrilişinə cəhdin 2-ci ildönümünə həsr olunan tədbirdə deyib.

Ə.Həsənov Türkiyədə baş verənlərin bu ay Gəncədə baş verən hadisələrlə oxşar olduğunu qeyd edib:

“Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər, iki polis zabitini qətlə yetirdilər. Lakin bu qüvvələr məqsədlərinə çata bilmədilər. Bunlar Türkiyədə baş verən hadisələrlə oxşardır. 15 iyul gecəsini Azərbaycan Prezidenti və xalqı həyəcanla izlədi. Bu məsələdə Türkiyəyə lazımi dəstək verdik, Türkiyə xalqının yanında olduq. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”.

Prezidentin köməkçisi Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da toxunub: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qətlə yetirənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər iki qüvvə milli iradəyə qalib gəlmək istəyirdi. Tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz”.

Ə.Həsənov vurğulayıb ki, Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə xalqın iradə ortaya qoyması qürurvericidir, qəhrəmanlıq salnaməsidir. / Modern.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...