Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əlinə “Qurani-Kərim” alan “Liverpul”lu futbolçu hər kəsi təəccübləndirdi – FOTO

Futbolçu hava limanına daxil olarkən əlində “Qurani-Kərim” olub.

İngiltərə Premyer Liqasının məhsuldar futbolçularından olan misirli Məhəmməd Salah hava limanında çəkilən görüntüsü ilə azarkeşlərin rəğbətini qaznıb.

Din.az xəbər verir ki, futbolçu hava limanına daxil olarkən əlində “Qurani-Kərim” olub.

Bir neçə gün öncə Misirdə prezident seçkilərində 1 milyona yaxın səs toplayan sevilən futbolçu getdiyi heç bir oyunda “Qurani-Kərim”i yanından ayırmır.

Qeyd edək ki, M.Salah Premyer Liqada “Liverpul” forması ilə vurduğu 29 qolla qol krallığı yarışında zirvədə yer alıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...