Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Elmi nəzəriyyələri oğurlanan Azərbaycan alimləri

Onlar Qərb dünyasını da elmi boşluqlardan xilas etməyə çalışıblar.

Orta əsr Azərbaycan elm və mədəniyyətinin bir sıra yetirmələri var ki, onlar Şərq intibahını yaratmaqla yanaşı, Qərb dünyasını da elmi boşluqlardan xilas etməyə çalışıblar. Doğrudur, sonradan ildırım sürətilə irəli gedən Avropa özünə gələndən sonra bu alimləri bəyənməsə də, öz təməl elmi bünövrələrini məhz Şərq (Azərbaycan) dühalarının hesabına qurdular.

Din.az bildirir ki, Moderator.az saytı elmi yaradıcılıqları ilə Şərqlə kifayətlənməyib, Qərb dünyasına da töhfə verən Azərbaycan alimlərinin bir neçəsini təqdim edir:

Bəhmənyar – Azərbaycani imzası ilə yazıb yaradan ilk alimdir. Şərq elminin bayraqdarı sayılan İbn Sinanın ən yaxşı tələbələrindən olan Bəhmənyarın fəlsəfəyə gətirdiyi yeni yanaşmalar, idrak metodları və dialektika formaları uzun müddət Qərb fəlsəfə nəzəriyyəçiləri və fəlsəfə tarixçiləri tərəfindən tədris obyekti olub. İbn Sina onun barəsində deyirdi: O mənə oğuldan artıqdır. Mən ona təlim tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam. Bəhmənyarın dialketikanın səbəb- nəticə, təsadüf-zərurət, materiya – forma əlaqələri bəhsində etdiyi yeniliklər hətta orta çağın Avropasına da gedib çıxa bilmişdi.
Bəhmənyarın əsas əsərləri “Təhsil”, “Məntiq”, “Metafizikanın mövzusu”dur. Azərbaycanın məşhur şərqşünas alimi Zakir Məmmədov Bəhmənyarın Azərbaycana tanıdılmasında önəmli iş görən alimlərdən birincisidir.

Fəzlullah Rəşidəddin– Azərbaycan tarixinin vəzir-alimlərindən olan Fəzlullah Rəşidəddin əslində inzibati-idarəetmə işlərinə getməklə elmə ağır zərbə vurmuş oldu. Burada söhbət sırf alimin öz elmi yaradıcılığından gedir. Amma başqa alimlərin yetişməsi üçün isə Elxanilərin vəziri olan Rəşidəddin əlindən gələni edirdi. Onun əsasını qoyduğu “Darüş Şəfa” elm ocağı Şərqin bir çox ölkələrindən olan tələbələrin bilik mənbəyinə çevrilmişdi. Fəzlullah Rəşiddədinin Şərqə və Qərbə miras qoyduğu əsas prinsip və məsələlər isə tibb, vergi, idarəetmə və astronomiya ilə bağlı idi. Bundan əlavə onun təsis etdiyi “Rəbi-Rəşidi” elmi mərkəzi isə o zamanın ən böyük elmi dairəsi idi. Rəbi Rəşidi indiki dövrlə müqayisə etsək əsil akademiya rolunu oynayan bir qurum idi. Burada tibb, astronomiya və dəqiq elmlər sahəsində elmi araşdırmalar aparılırdı. Rəbi Rəşidinin qazandığı elmi nailiyyətlər uzun müddət Avropa alimlərinin mayakına çevrildi.

Ağ Şəmsəddin– Çox az mənbələrdə Azərbaycan alimi kimi göstərilən Ağ Şəmsəddin Osmanlıda təsəvvüf ustası Hacı Bayram Vəlinin tələbəsi kimi göstərilir. Ağ təxəllüsünü ondan alsa da Şəmsəddin əslən Azərbaycan alimi olub. Şəmsəddin haqqında yol verilən təhriflərdən biri də onun əsasən şagirdi olan uşaq vaxtından yetişdirən Fateh sultan Mehmetin sayəsində tarixdə iz qoyma faktıdır. Amma əslində elə deyil. XV əsr Osmanlı imperiyasının mənəvi atası hesab olunan alim tibb və astronomiya sahəsində ən çətin kəşfləri ilə onsuz da tarixə düşəcəkdi. Dünya tibb elmində mikrobu ilk dəfə çap edən alim kimi xatırlanır. Mikrob onun ixtirasından əsrlər sonra XIX əsrdə Avropada Lui Paster tərəfindən “icad edildi”.

Nəsirəddin Tusi– XIII əsrin dahi zəkası və Azərbaycan elminin bayraqdarı olan Tusi Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edir”. Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər qərb elminin inkişaf səbəbi olub. Ən böyük kəşfi isə triqinometriyanın nəzəriyyəsidir.
Qeyd etmək yerinə düşər ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər vardır. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, Xristofor Kolumbun və Ameriqo Vespuçinin Nəsirəddin Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özü tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...