Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Miri Adnan Oktar haqda heç kəsin bilmədiyi FAKTLAR AÇIQLADI – VİDEO

İlahiyyatçı Adnan Oktarla əlaqələrinin olduğunu iddia edənlərə videomüraciətlə cavab verib.

Tanınmış ilahiyyatçı Elşad Miri Türkiyədə həbs olunan Adnan Oktar haqda maraqlı faktlar açıqlayıb.

Din.az A24.Az-a istinadən xəbər verir ki, ilahiyyatçı onun Adnan Oktarla əlaqələrinin olduğunu iddia edənlərə videomüraciətlə cavab verib.

O, təsisçisi olduğu “Media Təqib Mərkəzi” şirkətinin Adnan Oktarın sağ əli olan və həbs edilən Oktar Babuna məxsus olması haqda yayılan şayiələrin həqiqətə uyğun olmadığını bildirib: “”Media Təqib Mərkəzi” dinlə əlaqəsi olmayan bir şirkətdir. Bu şirkətin məqsədi tamamilə başqadır. Bu, müxtəlif şirkət və qurumlara gündəlik olaraq televiziyada, radioda, qəzetlərdə, internet mediada və digər mənbələrdə onlar haqqında yayımlanan məlumatları toplayıb analiz edərək təqdim edən bir şirkətdir. Nə Adnan Oktar, nə Oktar Babuna, nə də başqa biri ilə əlaqəsi yoxdur. Şikətin rəhbəri də hər kəsə məlumdur. Bunu heç vaxt gizlətməmişik. Ona görə də yayılan məlumatlar əsassızdır, iftiradır”.

Elşad Miri çıxışı zamanı bir sıra digər məqamlara da aydınlıq gətirib və indiyədək heç yerdə açıqlanmayaq faktlar səsləndirib.

Sözügedən videonu sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...