Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ELŞAD MİRİ: “AZAN SƏSİNDƏN İNSANLARI NARAHAT ETMƏYƏCƏK ŞƏKİLDƏ İSTİFADƏ EDİLMƏLİDİR”

Elşad Miri: “İnsanlar bir-birinin inancına sayğı ilə yanaşmalıdır”.

İlahiyyatçı Elşad Miri deyir ki, şadlıq evlərində səs məsələsi necə tənzimləndisə, azan səsi də o cür tənzimlənməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin səsinin həddindən artıq yüksəldilməsinə irad bildirib. O deyib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
Din.az Sputnik Azərbaycan-a istinadən deyir ki, ilahiyyatçı Elşad Miri məsələyə obyektiv yanaşmağın zəruri olduğunu bildirib: “Azan səsindən insanları narahat etməyəcək şəkildə istifadə edilməlidir. İnsanlar tolerantlıqdan istifadə edib, bir-birinin inancına sayğı ilə yanaşmalıdır”.

 

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...