Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Elşad Miri : “Həcc ziyarətini monopoliyaya alıblar”

“Nəinki Moskvadan, ondan daha uzaq Avropa ölkələrindən Həcc ziyarətinə getməyin qiyməti Azərbaycana nisbətən daha ucuzdur”.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.Ötən il Həcc ziyarətində olmaq istəyənlər 4150 dolar ödəməli idilər.
Din.az-ın məlumatına əsasən, QMİ-dən Bizimyol.info-ya verilən xəbərə görə, ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Ötən illərdən fərqli olaraq bu il, Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Bu il isə ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qiymətlərin kifayət qədər baha olması nə ilə əlaqədardır? Nə üçün Moskva ilə Məkkə arasında 5000 kilometr yol olduğu halda onlarda qiymət 2800 dollar təşkil edir, Bakı – Məkkə arasındakı 3000 kilometrlik məsafə 4285 dollar?

Moskvadan Həccə bir nəfərin getməyi ekonom klassda 2800 dollar, standart sinif (3 ulduz otel) qiyməti 3300 dollar, komfort sinif (4 ulduz otel) 3900 dollardır. Xristian ölkəsi öolan Rusiya öz müsəlman vətəndaşlarına daha ucuz qiymətə Həcc ziyarəti təşkil etdiyi halda guya müsəlman ölkəsi olan Azərbaycanda qiymətlər daha yüksəkdir?

İlahiyyatçı Elşad Miri Azərbaycanda Həcc qiymətlərinin bu qədər baha olmasını Həcc monopoliyasının QMİ-nin əlində cəmləşməsi ilə əlaqələndirir: “Nəinki Moskvadan, ondan daha uzaq Avropa ölkələrindən Həcc ziyarətinə getməyin qiyməti Azərbaycana nisbətən daha ucuzdur. Bizimkilər qiymətlərin artımını ərəblərin otel qiymətlərini artıması ilə əlaqələndirilər. Nədir elə bu otel qiymətləri yalnız azərbaycanlılar üçün qalxıb? Avropadan gedənlər Ərəbistanda daha ucuz şərtlərlə, daha ucuz otellərdə qalırlar. Xidmət daha keyfiyyətli olur. QMİ kvotanı ləğv edib qiyməti yüksəldib. İstəyir daha çox qazansın. Qazandıqları pulu itirmək istəmirlər. Ötən il Ümrə ziyarətini özəl şirkətlərə verdilər. QMİ Ümrə ziyarətini 2200 dollara edirdi, özəl şirkət 950 dollara etdi. Həm zəvvarlar razı qaldılar, həm də şirkət gəlir əldə etdi. QMİ bilirki qiyməti nə qədər qaldırsa da xalq məcbur razılaşacaq. Çünki Həcc vizasını başqa ölkələr vasitəsi ilə əldə etmək olmur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...