Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Elşad Miri: “İmam Hüseyn kimi haqqın yanında olun, nahaqqın YOX!”

Bildiyimiz kimi bu gün Azərbaycanda Aşura günü qeyd olunur. Hər il ölkəmizdə İslamda rast gəlinməyən üsullarla məhərrəmlik ayının keçirilməsinə rast gəlinir. Mövzu ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri “Kanal 13″ün suallarını cavablandırıb. “Din.az” ilahiyyatçının müsahibəsindən olan  başlıqları təqdim edir: “İmam Hüseynin 680-ci ildə, daha sonralar Kərbəla adlandırılan həmin o ərazidə Yezidin əməvi sülələsi tərəfindən qətlə yetirilməsi […]

Bildiyimiz kimi bu gün Azərbaycanda Aşura günü qeyd olunur. Hər il ölkəmizdə İslamda rast gəlinməyən üsullarla məhərrəmlik ayının keçirilməsinə rast gəlinir. Mövzu ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri “Kanal 13″ün suallarını cavablandırıb.

“Din.az” ilahiyyatçının müsahibəsindən olan  başlıqları təqdim edir:

“İmam Hüseynin 680-ci ildə, daha sonralar Kərbəla adlandırılan həmin o ərazidə Yezidin əməvi sülələsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir”.

“Gəlin, İmam Hüseynin qıldığı namaz kimi namaz qılaq, onun tutduğu oruc kimi oruc tutaq, onun kimi ibadət eləyək”.

“Peyğəmbərimizin vəfat elədiyi günlə bağlı bu səviyyədə bir yas mərasimi təşkil olunmur. Niyə məhz İmam Hüseyn?”

“Gəlin onun elmə verdiyi maraq və həvəs qədər, biz də elmə maraq göstərək, övladlarımızı daha da savadlandırmağa, maarifləndirməyə çalışaq”.

“Sonun peyğəmbərimiz olan Muhamməd Peyğəmbərdən əvvəl Zəkəriyyə və Yəhya peyğəmbərimiz müxtəlif formalarda və əziyyətlə qətlə yetiriliblər. Və Quranda da bu haqda məlumat verilir. Amma sonuncu peyğəmbərimiz həmin  günlərlə bağlı heç bir əzadarlıq təşkil eləməyib”.

“Peyğəmbərimiz heç həmin aylarla bağlı heç bir zaman müsəlmanlara özlərini döymək barədə tövsiyyə verməyib. Bunu peyğəmbərimiz eləməyibsə, biz bunu hardan götürürük?”

“İmam Hüseyn kimi haqqı deyəsən, nahaqqın yanında olmayasan”.

“Din.az” ilahiyyatçının Aşura günü ilə bağlı videomüsahibəni təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...