Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Miri kitabının çapını qadağan edən komitəni məhkəməyə verdi

Tanınmış ilahiyyatçı dini komitəyə qarşı qaldırdığı iddia ərizəsində ifadə azadlığının pozulduğunu bildirib.

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur” kitabına verilən mənfi rəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəməyə verib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, ilahiyyatçı bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

İlahiyyatçı Elşad Mirinin dini komitəyə qarşı qaldırdığı iddia ərizəsində ifadə azadlığına qarşı olduğunu, rəyin qanuna zidd olduğu, Quranı deyil, məzhəbləri əsas tutduğu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına zidd olması, kitabda sadalanan 7 bölümün hamısının klassiklərimizin də mübarizə apardığı mövzular olduğu kimi məsələlər iddia ərizəsində öz əksini tapıb.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...