Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyatçı Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb…

“Sonrakı dövrlərdə o, uydurma hədisləri ilə özünün Mehdiliyini elan etdi”.

Mənim Adnan Oktarla heç bir əlaqəm yoxdur. Sadəcə olaraq, vaxtilə onun kitablarını tərcümə etmişəm, sənədli filmlərini hazırlamışam. Bütün bunları həmin şəxsin özü ilə görüşmədən etmişəm. Tərcümə etdiyim kitablar isə vaxtilə dövlət komitəsindən icazə alınaraq çap olunub və satışa çıxarılmışdı.

Din.az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri iki gün əvvəl Türkiyədə həbs edilən Adnan Oktarla əlaqəsi olması ilə bağlı yayılan iddialara cavab verərkən deyib. O bildirib ki, kitabla bağlı bu işlərindən bir qədər sonra Türkiyəyə gedərək, Adnan Oktardan müsahibə alıb:

“Sözügedən müsahibə internetdə yayımlanıb, yəni gizli bir şey deyil. Həmin vaxt Adnan Oktarın yanında qadın yox idi. O dövrdə məni həmin adama bağlayan onun Qurana əsaslanması idi. Sonrakı dövrlərdə o, uydurma hədisləri ilə özünün Mehdiliyini elan etdi. Mən “Kedicik”lər məsələsi gündəmə gəlməzdən xeyli əvvəl o adamla əlaqəmi kəsmişdim.

Mən uzaqlaşandan sonra Azərbaycanda müəyyən qruplaşmalar Adnan Oktarın ətrafına toplaşdılar. Hətta bununla bağlı bir neçə il əvvəl insanlara müraciət ünvanlamışdım. Hazırda Azərbaycanda onların davamçıları fəaliyyət göstərir. Türkiyəyə gedib Adnan Oktarla görüşərək onların televiziyasına çıxan şəxslər var. Mən isə heç vaxt gedib onun televiyasına çıxmamışam”.

İlahiyyatçı Adnan Oktarın həbs olunmasına da münasibət bildirib:

“Onun həbs olunmasının dinlə heç bir əlaqəsi yoxdur. Həmin şəxs sadəcə olaraq, dini məsələlərdən istifadə edib xüsusi bir qruplaşma qurub. Onun müxtəlif cinayətlər törədib-törətməməsi məhkəmədə daha dəqiq müəyyən olunacaq.

Təbii ki, bir din adamı kimi, Adnan Oktarın islamı bu formada təqdim etməsini pisləyirəm. Onlar din anlayışını gülüş hədəfinə çeviriblər. Dini ziddiyyətli şəkildə insanlara təlqin ediblər”.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyat zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib. O, cinayətkar dəstə yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, uşaq qaçırılması, şəxsi azadlıqdan məhrumetmə, dini inanc və hislərin istismar edilməsi, saxtakarlıq, cinayət yolu ilə əldə olunmuş pulun yuyulması, şəxsi həyatın gizliliyinin pozulması, terrorla mübarizə qanununa müxalif mövqe, təhdid, iftira, xalqı hərbi xidmətdən yayındırma, siyasi və hərbi casusluqda ittiham olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...