Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Miri: Ölkəmizdə qadağan olunan kitabım Türkiyədə çapdan çıxdı!

Azərbaycanımızdakı ekspertlərin gördükləri “təhlükələr”i onlar görməyiblər.

İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” adlı kitabım Tükiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxdı.

Din.az bildirir ki, ilahiyyatçı bununla bağlı belə deyib:

Bu işdə əməyi keçən bütün dostlarıma dərin təşəkkürlərimi bildirirəm.

Kitabın İSBN-i və aksiz markası da var…

Kitab Azərbaycan dilində çap olunub və Azərbaycandan başqa bütün digər ölkələrdə yaşayanlar həmin kitabı əldə edə biləcəklər!

İnşəAllah “İslamda yoxdur” bir neçə dildə və bir neçə ölkədə də önümüzdəki aylarda nəşr olunacaq.

Azərbaycanımızdakı ekspertlərin gördükləri “təhlükələr”i onlar görməyiblər. Təəssüflər…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...