Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Miri yasaqlanan “İslamda yoxdur” adlı kitabı üçün kampaniya başlatdı

“Azərbaycanda kitab qadağası olmamalıdır”…

Tanınmış ilahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağanın aradan qaldırılması üçün internetdə kampaniya başladıb.

Din.az xəbər verir ki, bu barədə ilahiyyatçı şəxsi “facebook” səhifəsində də paylaşım edib.

Paylaşılan linkə daxil olanda “İslamda Yoxdur” kitabının məzmunu və ərsəyə gəlməsinin məqsədi haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabda olan bütün məlumatlar hər bir insanın etiraz etməli olduğu məsələlərdir və İslamda olmadığı elmi şəkildə izah olunur.

Bundan başqa, ilahiyyatçı alim kitabına qoyulan qadağa ilə onun fikir və söz azadlığının pozulduğunu bildirir və “Azərbaycanda kitab qadağası olmamalıdır” tələbini irəli sürür.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq ictimaiyyətə təqdim edib.

Bildirək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

https://www.change.org/p/chairman-scwra-gov-az-el%C5%9Fad-mirinin-islamda-yoxdur-adl%C4%B1-kitab%C4%B1na-qoyulan-qada%C4%9Fa-aradan-qald%C4%B1r%C4%B1ls%C4%B1n?recruiter=432847058&utm_source=share_petition&utm_medium=facebook&utm_

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...