ELŞAD MİRİDƏN QMİ-yə: “Daha heç kim qızdırmayacaq” – FOTO

“Daha heç kim qızdırmayacaq!”
Tanınmış ilahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanlar İdarəsinin yayımına icazə verdiyi cadu və dua kitabı ilə bağlı ironik paylaşım edib.
Din.az BiG.AZ-a istinadən xəbər verir ki, ilahiyyatçı onun “İslamda Yoxdur” adlı kitabının nəşrinə icazə verilməməsinə izləyici olaraq qalmayıb və QMİ-nin nəşrinə icazə verdiyi cadu və dua kitabını özünəməxsus şəkildə şərh edib:
“Qafqaz Müsəlmanları İdarəsinin KƏŞFİ! Onların təsdiq etdiyi kitab. Daha heç kim qızdırmayacaq!”
Həmin paylaşımı oxucularımıza təqdime dirik.