Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Mirinin “İslamda yoxdur…” kitabı daha bir ölkədə- Qırğızıstanda çap olundu- FOTOLAR

“İslamda yoxdur” kitabı oxuculara pulsuz olaraq paylanılır.

Azərbaycanda nəşri qadağan edilən “İslamda yoxdur…” kitabı Türkiyədən sonra daha bir ölkədə çap edildi.

Din.az xəbər verir ki, kitab bu dəfə isə Qırğızıstanın paytaxtı Bişkek şəhərində nəşr edilib. Adıçəkilən kitab oxuculara pulsuz olaraq paylanılır.

Kitab “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov tərəfindən çap etdirilib.

Qeyd edək ki, “İslamda yoxdur” kitabı yaxın günlərdə İngilis, Rus və Türk dillərindəki tərcümələri də nəşr edilərək müxtəlif ölkələrdə çap ediləcək.

Kitabın Qırğızıstan- Bişkek nəşrinin fotolarını sizə təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...