Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Elşad Mirinin qadağan olunan kitabı Türkiyədə çapdan çıxdı – FOTOLAR

İlahiyyatçı Elşad Mirinin ölkəmizdə qadağan olunan kitabı Türkiyədə çapdan çıxıb.

İlahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda yoxdur” kitabı çapdan çıxıb.

Din.az “A24.az”-a istinadən xəbər ki, bu barədə ilahiyyatçı özü məlumat verib.

Elşad Miri bildirib ki, ölkəmizdə qadağan olunan kitabı Türkiyədə çapdan çıxıb:

” “İslamda yoxdur” adlı kitabım Tükiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxdı. Bu işdə əməyi keçən bütün dostlarıma dərin təşəkkürlərimi bildirirəm. Kitabın İSBN-i və aksiz markası da var… Kitab Azərbaycan dilində çap olunub və Azərbaycandan başqa bütün digər ölkələrdə yaşayanlar həmin kitabı əldə edə biləcəklər! İnşəAllah “İslamda yoxdur” bir neçə dildə və bir neçə ölkədə də önümüzdəki aylarda nəşr olunacaq. Azərbaycanımızdakı ekspertlərin gördükləri “təhlükələr”i onlar görməyiblər. Təəssüflər…”

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...