Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ElŞAD MİRİYƏ qarşı təxribat: İlahiyyatçının “Facebook” səhifələri oğurlandı

“Elşad Miri”, “Din.az”, “İslamologiya” və “Media Təqib Mərkəzi”nin “Facebook” səhifələri oğurlandı.

Tanınmış ilahiyyatçı Elşad Mirinin sosial şəbəkədəki səhifələri oğurlanıb.

Din.az xəbər verir ki, bu haqda ilahiyyatçı özü məlumat verib. O bildirib ki, təsisçisi olduğu “Elşad Miri”, “Din.az”, “İslamologiya” və “Media Təqib Mərkəzi”nin “Facebook” səhifələri oğurlanıb.

Elşad Mirinin sözlərinə görə, sözügedən səhifələrə hücum edən naməlum şəxslər özlərinə həmin səhifələrdə “admin”lik statusu verdikdən sonra ilahiyyatçını səhifənin idarəçiliyindən çıxarıblar.

Həmin əməli törədən şəxslər eyni zamanda onu dövlət əlehinə məlumatlar paylaşan bir neçə səhifədə “admin” ediblər.

Elşad Miri bildirib ki, baş verənlər ona qarşı düşünülmüş təxribatdır. İlahiyyatçı bütün bunların son zamanlarda çox geniş müzakirələrə və sərt reaksiyalara səbəb olan çıxışlarına görə qurulmuş bir oyun olduğunu qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...