Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ən sağlam uşaqlar bu müsəlman respublikasında böyüyür

Yüz min uşaq arasında 221 104,6 xəstəlik halı qeydə alınıb.

Çeçenistan Respublikası 14 yaşadək ən sağlam uşaqların sayına görə Rusiya regionları arasında reytinqə başçılıq edir.

Din.az xəbər verir ki, bu haqda “RT” kanalı Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Qurumdan verilən informasiyaya görə, Çeçenistanda ötən il yüz min uşaq arasında yalnız 62.969.7 xəstəlik halı qeydə aınıb. Bu isə RF üçün ən aşağı göstəricidir.

İlk beşliyə eyni zamanda Kabarda-Balkar (115 723.7 ), Tuva (125 022.2), Adıgey (132 902.7) və Buryatiya (141 168.6) daxildir.

2017-ci ildə ən çox uşaq Nenets Muxtar Vilayətində (352 120), (077.2 337) Çukotka (349 436.5), Kareliya, Komi Respublikası (335 574) və Arxangelsk vilayətində (333 831.2) xəstələnib.
Eyni dövrdə Rusiyada orta hesabla yüz min uşaq arasında 221 104,6 xəstəlik halı qeydə alınıb.
Daha əvvəl də bildirilmişdi ki, Çeçenistan və Kabardino-Balkariya Rusiya Federasiyasının ən sağlam bölgələridir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...