Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Ənam” surəsinin 38-ci ayəsinin mənası

Ayənin düzgün tərcüməsi: “Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar sizin kimi ümmətdirlər” (“Ənam” surəsi, 38).

وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

“Ənam” surəsinin 38-ci ayəsindəki ‘dabbə’ sözünü məxluq kimi tərcümə etmək düzgün deyil. Çünki bu sözün mənası hərəkət edən varlıqlar deməkdir. İnsana da bu mənada “dabbə” deyilir. Mələklərə və heyvanlara da “dabbə” deyilir. Bir sözlə, “dabbə” bunların hamısını əhatə edir. Bu məlumatlara əsasən ayənin həmin hissəsinin tərcüməsi belə olmalıdır:

“Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar sizin kimi ümmətdirlər” (“Ənam” surəsi, 38).

Yəni, heyvanlar və quşlar öz aralarında bir cəmiyyət formalaşdırırlar. Son vaxtlarda aparılan elmi tədqiqatlar da bunu göstərir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...