Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ər-Riyad: “Ərəb NATO-su” üçün ABŞ-la razılaşırıq

Yeni alyans İran əleyhinə olacaq və MESA adlandırılacaq.

Bəzi ərəb ölkələri Yaxın Şərqin xarici aqressiyadan qorunması üçün ABŞ-la yeni təhlükəsizlik müqaviləsi barədə danışıqlar aparır.

Din.az xəbər verir ki, bunu Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının iclasının sonunda Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr deyib. O, bu istiqamətdə işin aparıldığını və bütün tərəflərin müqaviləni imzalamaq istədiyini bildirib.

Cübeyr yeni yaradılması nəzərdə tutulan alyansa Misir və İordaniyanın da qatılmasının müzakirə edildiyini bildirib.

Qeyd edək ki, bundan öncə mətbuat dəfələrlə Səudiyyə Ərəbistanının rəhbərliyi altında yeni Yaxın Şərq alyansının yaradıldığına dair məlumat yayıb. Medianın iddiasına görə, yeni alyans İran əleyhinə olacaq və MESA adlandırılacaq.

İran bu alyansın əleyhinə çıxdığını bildirib. Alyans əleyhinə çıxanlar arasında bir sıra ərəb dövlətləri də yer alıb ki, buna səbəb kimi Ər-Riyadla olan fikir ayrılıqlarını göstəriblər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...