Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ər-Riyad qisasa hazırlaşır: Şahzadələr geri qaytarılır

Şahzadələr haqqında kifayət qədər sübutun olduğu bildirilib.

Səudiyyə Ərəbistanından qaçan və korrupsiyada iştirak edən şahzadələrin ekstradisiyasına nail olacağıq.

Din.az xəbər verir ki, bu barədə bəyanatı Səudiyyə Ərəbistanı Baş Prokurorluğu yayıb.

Ər-Riyad şahzadələr haqqında kifayət qədər sübutun olduğu və onların geri qaytarılması üçün beynəlxalq orderin veriləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın rəhbərliyi ilə ölkədə korrupsiya əleyhinə əməliyyat keçirilib. Nəticədə 159 nəfər həbs edilib. Həbs edilənlər arasında şahzadələr, keçmiş nazirlər və iş adamları olub. Bu əməliyyatdan sonra ölkədə 376 bank hesabı dondurulub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...