Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ər-Riyadda yoxa çıxan prezidentlə bağlı – BƏYANAT

Yoxa çıxan Qabon Prezidenti Əli Bonqo ilə bağlı bəyanat verilib.

Afrika Birliyi Səudiyyə Ərəbistanına gedən və daha sonra yoxa çıxan Qabon Prezidenti Əli Bonqo ilə bağlı bəyanat yayıb.

Din.az xəbər verir ki, Afrika Birliyi Komissiyasının sədri Musa Fərqi Məhəmməd Qabon prezidentinin səhhəti ilə bağlı narahat olduqlarını bildirib. Bəyanatda qeyd edilir ki, Afrika Birliyinin mətbuat departamenti Qabona nümayəndə heyəti göndərəcək və ölkədəki siyasi durumu araşdıracaq.

Qeyd edək ki, Qabon dövlət başçısı Əli Bonqo Ondimba Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla birgə konfransa qatılmaq üçün oktyabrın 24-də Ər-Riyada səfər edib. Həmin gündən bu vaxta qədər Ondimbadan xəbər alınmaması onun Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılmasına səbəb olub. Bəzi iddialara görə, prezident qəfil xəstələnib və xəstəxanaya yerləşdirilib. Lakin bu iddiaları doğrulayan fakt yoxdur.

Bonqonun səlahiyyətlərini qismən köməkçisi Pier Klaver Maqanqa həyata keçirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...