Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ƏRDOĞAN 20 Yanvar şəhidlərini anıb

Türkiyə prezidenti şəhidlərimizi ehtiramla yad edib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Din.az bildirir ki, Türkiyə prezidenti bununla bağlı “Twitter”də paylaşım edib.

“28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacayıq”, – deyə o bildirib.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...