Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRDOĞAN: ABŞ ancaq onlara sərf edəndə demokratiyanı yada salır

ABŞ Qüdslə bağlı bəzi ölkələrə xəbərdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayıb Ərdoğan ABŞ-ı ittiham edib və deyib ki, onlar ancaq sərf edəndə demokratiyanı yada salır.

Din.az  xəbər verir ki, bu barədə o, Düzcə vilayətində tərəfdaşları qarşısında çıxış edərkən deyib.

“ABŞ bəyan edib ki, BMT-ə maliyyə yardımı dayandıracaq. Bəs onların demokratiyası harada? Belə çıxır ki, ABŞ-a ancaq sərf edəndə onlar demokratiyanı yada salır ,” – deyə R.Ərdoğan deyib.

Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı qətnaməni səslərin çoxluğu ilə qəbul etdikdən sonra, ABŞ-ın bu qurumdakı nümayəndəsi Nikki Heyli 180-dən çox ölkəyə məktub ünvanlayıb və ABŞ-ın bununla bağlı tədbirlər görəcəyini söyləyib. Məktubda həmçinin deyilib ki, səsvermənin nəticəsi ABŞ ilə BMT arasında münasibətə təsirsiz ötüşməyəcək. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...