Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərdoğan ABŞ və İsraili İranın daxili işlərinə qarışmaqda günahlandırıb

“Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib.

R. T. Ərdoğan deyib ki, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub.
Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.

R. T. Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və H. Ruhaninin həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb: “Artıq dünəndən İranda proseslər normallaşmağa başlayıb. Həsən Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”. / Din.az APA-ya istindən edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...