Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRDOĞAN Afrində ŞƏHİD OLAN türklərin sayını açıqladı

Əməliyyatın 9 günü ərzində 484 terrorçu məhv edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı son məlumatları açıqlayıb.

Din.az xəbər verir ki, Ərdoğan əməliyyatın 9 günü ərzində 484 terrorçunun məhv edildiyini bildirib:

“Az öncə komandirlə danışdım. 484 terrorçu zərərsizləşdirilib. Bunlar hələ yaxşı günləridir. Daha ağır günlər yaşayacaqlar. İnşallah biraz sonra Burseya təpəsini də ələ keçirəcəyik. Əməliyyatlarda Türkiyə və Azad Suriya Ordusu ümumilikdə 20 şəhid verib”.

Türkiyə prezidenti sözlərinə əlavə edib ki, Afrində terroruçulara qarşı olan mübarizə İdlibdə də davam etdiriləcək. /  Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...