Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq

Bu məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola biləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Kelna şəhərində keçiriləcək Mərkəzi məscidin açılış mərasimində iştirak edəcək. Binanın tikintisi Türkiyənin İslam Dini Birliyi tərəfindən maliyyələşdirilib və səkkiz il davam edib.

Din.az xəbər verir ki, məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola bilər.

Onun ərazisində kitabxana, ticarət mərkəzi, 600 nəfərlik konfrans zalı, seminarların keçirilməsi üçün oturacaqlar və avtodayanacaq var.

“Bu, Almaniyada və bütün Avropada ən böyük məsciddir. O, sülh, qardaşlıq və birgəyaşayış mədəniyyətini təbliğ edir”, – birliyin rəhbəri Nevzat Aşikoğlu deyib.  / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...