Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”

“Bransonun taleyinə müstəqil məhkəmə baxacaq”. Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ev həbsinə məhkum edilmiş rahib Endrü Bransonun taleyinə aydınlıq gətirib.

Ərdoğan özünün bir prezident kimi qarışmaq hüququnun olmadığı üçün Bransonun taleyinə müstəqil məhkəmənin baxacağını bildirib.

“Bu şəxs terror təşkilatı ilə əlaqələrinə görə həbs edilib. Oktyabrın 12-də məhkəmə olacaq və mən onun nə qərar qəbul edəcəyini bilmirəm. Belə hallarda siyasətçilər qərar verə bilməzlər. Məhkəmə sistemi müstəqildir” – agentliyə müsahibəsində Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, İzmirdə fəaliyyət göstərən ABŞ vətəndaşı rahib Endrü Branson FETÖ və PKK kimi terror təşkilatları ilə əlaqələrdə ittiham olunur. İttihamçı tərəf onun üçün 35 il həbs cəzası istəyir.

Qeyd edək ki, bu hadisə ilə əlaqədar ABŞ və Türkiyə arasında onsuz da yaxşı olmayan münasibətlər bir az da gərginləşib. ABŞ tərəfi Bransonun azad edilməsini və ölkəsinə geri göndərilməsini tələb etdiyi halda, Türkiyə tərəfi də əvəzində FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir.(Modern.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...