Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ƏRDOĞAN: “ANKARANI MƏSCİDSİZ HALA GƏTİRMƏK İSTƏDİLƏR” – FOTO

Eyni vaxtda 7 min müsəlman namaz qıla biləcək.

Prezident Ərdoğan Ankarada məscidin açılışında iştirak edib.

Din.az bildirir ki, Ərdoğanın göstərişilə tikintisinə 4 il əvvəl başlanmış, eyni vaxtda 7 min nəfərin namaz qıla biləcəyi Melike Hatun Camisinin açılış mərasimi olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, açılışdan sonra çıxış edərək Ankaranın tək partiyalılıq dövründə məscidsiz vəziyyətə gətirilmək istədiyini deyib:

“Tək partiyalılıq dövründə Ankaranın qədim tarixindən qopardılma və məscidsiz vəziyyətə gətirilmə istəyinin inkarı mümkün olmayan bir gerçəkdir”.

Açılış mərasimində Prezident Ərdoğanla birgə Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Kahraman, Türkiyənin baş naziri Binəli Yıldırım da iştirak edib. Bu gün istefasını rəsmən açıqlayacaq olan Ankara Böyükşəhər Bələdiyyə Sədri Melih Gökçenin açılışda iştirak etməməsi diqqəti cəlb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...