Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan Bakının İslam Ordusu tərəfindən azad edilməsinin 100-cü ildönümü tədbirinə qatılacaq

Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakı işğaldan azad edilib.

“İki gün sonra – Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq”.

Din.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi” mövzusunda keçirilən simpoziumda bildirib.

Səfir qeyd edib ki, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: “Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər”.

E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümü olduğunu da xatırladıb:

“Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsidir. Bu, bizim qardaşlıq münasibətləri baxımından çox önəmli bir yer tutur. Bunun 100 illik bir tarixi olsa da, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli hadisə olub. Bu dəstək Türkiyə üçün qürur mənbəyidir. Bu şərəfli tarixin qeyd olunması üçün uzun müddətdir hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...