Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan: “Birinci və İkinci Dünya müharibələrini nə türklər, nə də müsəlmanlar başlayıb”

Ərdoğan6 “Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq”.

Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider qeyd edib ki, 1915-ci ildə erməni silahlıları Osmanlı imperiyasında dinc sakinləri qətlə yetirirdi:

“Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivləri açıb, əgər Yerevanın da arxivləri varsa, onları açsın”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edən ölkələrin tarixi soyqırımı və dinc əhalinin qətli ilə zəngindir:

“Birinci və İkinci Dünya müharibələrini nə türklər, nə də müsəlmanlar başlayıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...