Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: Bu addım “xaç və aypara arasında müharibəyə” səbəb olacaq

Türk lider bunu “anti-İslam” addımı kimi qiymətləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya hökumətinin yeddi məscidi bağlaması və onlarla imamı deportasiya etməsi ilə bağlı qərarını sərt tənqid edib.

Din.az xəbər verir ki, bununla bağlı “Deutsche Welle” nəşri məlumat yayıb.

Məlumata görə, türk lider bunu “anti-İslam” addımı kimi qiymətləndirib və bəyan edib ki, bununla əlaqədar lazımi tədbirlər görəcək.

“Qorxuram ki, Avstriya kansleri tərəfindən atılan bu addımlar xaç və aypara arasında müharibəyə səbəb olacaq”, – Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Bundan əvvəl, Avstriya kansleri Sebastyan Kurts yeddi məscidin bağlanacağı və onlarla imamın deportasiya ediləcəyini açıqlamışdı. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...