Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan bu gün sübh azanını özü oxudu – VİDEO

Ərdoğanın azan oxuduğu anlar sosial şəbəkələrdə yayılıb

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər Beştəpədəki Millət Məscidində sübh azanını özü oxuyub.

“Din.az” xəbər verir ki, FETO-nun dövlətə çevriliş cəhdindən sonra məscidlərdə salavatlar oxundu və vətəndaşlar demokratiyaya sahib çıxmaları üçün meydanlara çağırıldı.

Görüntülər sosial şəbəkələrdə paylaşıldı…

Prezident Rəcəb Tayyib Ərdoğan isə bu gün sübh azanını Prezident Külliyəsi daxilindəki Beştəpə Millət Məscidində oxuyub.

Ərdoğanın azan oxuduğu anlara dair görüntülər sosial şəbəkələrdə paylaşılıb.

“Din.az” azan oxuyan Ərdoğanın videogörüntüsünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...