Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan bu iki ölkəni barışdırmaq istəyir

“Serbiya Bosniya Herseqovinanın ərazi bütövlüyünə hörmət edir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya və Bosniya Herseqovinanı barışdırmağa çalışır.

Din.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ərdoğan İstanbulda Serbiya lideri Aleksandr Vuçiç və bosniyalı həmkarı Bakir İzzətbəyoviçlə üçtərəfli görüş keçirib.

Görüş zamanı Vuçiç bosniyalı həmkarına xitabən bildirib ki, Serbiya Bosniya Herseqovinanın ərazi bütövlüyünə hörmət edir və sizdən xahişimiz budur ki, Dayton Sülh Müqaviləsi əsasında Bosniya Herseqovina sərhədləri daxilində olan Serbiya Respublikasının torpağına eyni şəkildə hörmət edilsin.

Görüşün əsas məsələlərindən biri də Türkiyənin iştirakı ilə Balkanlarda həyata keçirilən infrastruktur layihələri olub. Bosniya mediası İstanbulda bir araya gələn tərəflərin Sarayevo-Viseqrad-Belqrad və Sarayevo-Tuzla-Belqrad istiqamətində iki sürətli qatar yolunun tikintisi məsələsində razılığa gəldiyini bildirib.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...