Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Ərdoğan davranışı və görünüşü ilə bir müsəlman olaraq simpatiya yaratdı”

Fəthullah Gülən 20 illik sirri açdı…

“Mən Türkiyəyə rəhbərlik edən şəxslə indiyə qədər iki dəfə görüşmüşəm”.

“Din.az” “lent.az”a istinadən xəbər verir ki, bu sözləri “Hizmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söyləyib.

F.Gülən 20 il əvvəl olmuş ilk görüşün diqqət çəkən bəzi detallarını açıqlayıb: “İlk dəfə partiya yaratmaq istəyərkən gəlmişdi yanıma. Nəcməddəin Ərbakandan ayrılıb partiya yaratmaq istədiyini söylədi. Səmimi deyirəm, davranışı və görünüşü ilə bir müsəlman olaraq simpatiya yaratdığı üçün mən də təmiz hisslərimi anlatdım ona. Ərbakana qarşı geniş mübarizəyə başlamamasını, Türkiyədə hərbçilərin hələ də ciddi siyasi çəkiyə malik olduqlarını və onlara qarşı da təmkinli davranmasını məsləhət gördüm”.

“Hizmət” liderinin dediyinə görə, Ərdoğan ona qarşı indiki niyyətlərini elə o vaxtdan daşıyırmış: “Məndən ayrılandan sonra liftdə yanında olan adama deyib ki, ilk növbədə bunların məsələsini həll etmək lazımdı. Bunu mənə sonradan söylədilər. Demək, bunlar hələ 20 il öncədən özlərindən başqa heç bir qüvvəni, hətta bəşəri dəyərləri daşıyan bir qüvvəni belə qəbul etmədiklərini göstərmişdilər. Bizə qarşı bugünkü hisslərini o vaxtdan içlərində saxlayırlarmış…”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...