Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan dəfndə son nöqtəni qoydu: Edamı təsdiqləyəcəm

“Biz terrorçuların yuvalarına girdik, girməyə davam edirik.”

Edam qərarı parlamentdən keçən kimi təsdiqləyəcəm.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda bu gün PKK-nın xain hücumu nəticəsində şəhid olan türkiyəli hərbçinin yoldaşı və uşağının dəfn mərasimində bildirib.

“Separatçı terror təşkilatının nələrə qadir olduğunu elə bu uşaq və qadının şəhid edilməsi ilə gördük. Biz bunların yuvalarına girdik, girməyə davam edirik. Onlar qaçır, biz qovuruq. Terrorla mübarizəmiz son terrorçuya qədər davam edəcək”, – Ərdoğan deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...