Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRDOĞAN: “Əsrlər boyu əcdadlarımız Qüdsdə heç kimin ibadətinə qarışmayıblar”

“ABŞ-ın himayəsi altında olan İsrail dövlət terroru ilə məşğuldur”.

“ABŞ-ın himayəsi altında olan İsrail ərköyünlük edir”.
Din.az Report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.
“Əsrlər boyu əcdadlarımız Qüdsdə sülh və əmin-amanılığı pozmamaq şərti ilə heç kimin ibadətinə qarışmayıblar. Biz belə əcdadların nəvələriyik. Bölgədəki bütün qarışıqlıqlar həmin ərazilər Osmanlının əlindən çıxdıqdan sonra başlayıb. Həmin gündən bəri Qüdsdə nə əmin-amanlıq var var, nə də sülh. Bölgədə törədilən dövlət terroru insan haqlarının pozulmasının pik nöqtəsidir”, – Türkiyə prezidenti vurğulayıb.
R.T.Ərdoğan deyib ki, bölgədə tez bir zamanda ədalətlin bərpa olunacağına və sülhün yaranacağına ümid edirlər.


Türkiyə prezidenti ABŞ-ın Suriyada həyata keçirdiyi siyasəti və danışıqlarla bağlı təkliflərini də tənqid edib. O bildirib ki, rəsmi Vaşinqton Suriyadakı terrorçulara silah-sursat verir: “Suriyadakı terrorçulara 4 min TIR dolu silah-sursat verilirsə, biz kiminlə danışacağıq? Bizim bölgə ilə bağlı təkliflərimiz havada qalıb, göstərdiyimiz ərazilərdən ən kiçik addım belə geri çəkilməyiblər. Bu məsələdə biz səmimiyyət və dürüstlük axtarırıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...