Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan: Feministlər İslama hörmətsizlik edirlər

“Yaxınlıqdakı məsciddə azan səslənən vaxt qadınlar müxtəlif şüarlar səsləndiriblər”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulun mərkəzində keçirilən aksiyada iştirak edən qadınları İslam dininə hörmətsizlikdə ittiham edib.

Din.az bildirir ki, bu barədə BBC məlumat yayıb.

Televiziyada çıxışı zamanı Ərdoğan etiraz aksiyasından kadrları göstərərək, qadınların yaxınlıqdakı məsciddə azan səslənən vaxt müxtəlif şüarları car çəkdiklərini bildirib.

“Onlar azana sayğısızlıq edib”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən yürüşdə bir neçə min qadın iştirak edib. Aksiya iştirakçılarını dağıtmaq üçün asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq edib.

Aksiya iştirakçıları sosial şəbəkələrdə yürüşün azana mane olmaq məqsədi daşımadığını bildiriblər.

Qeyd edək ki, Türkiyədə 2003-cü ildən bəri hər il martın 8-də qadınların yürüşü keçirilir. Etirazçılar qadına qarşı şiddətə son qoyulmasını və gender bərabərliyi tələb edirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...