Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan Həsən Ruhaniyə zəng edib

Ərdoğan ölkəsinin İranda ictimai sabitliyin qorunub saxlanmasına önəm verdiyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə zəng edib.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığında Ərdoğan ölkəsinin İranda ictimai sabitliyin qorunub saxlanmasına önəm verdiyini deyib.

Türkiyə prezidenti əlavə edib ki, həmkarının “xalq etiraz aksiyaları keçirmək hüququndan istifadə edərkən qanunları pozmamalıdır” açıqlamasını təqdir edir.

Həsən Ruhani dekabrın 28-dən davam edən etiraz aksiyalarının bir neçə günə başa çatacağına ümid etdiyini diqqətə çatdırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...