Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan: İŞİD dünyanı qorxutmaq üçün yaradılıb

“İŞİD qruplaşması Türkiyənin sayəsində darmadağın edildi”.

Türkiyə prezidenti İŞİD terror təşkilatı haqda danışıb.

Din.az-ın verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İŞİD terror təşkilatı dünyanı qorxutmaq məqsədi ilə yaradılmış layihədir. O əlavə edib ki, bu qruplaşma Türkiyənin sayəsində darmadağın edildi.

“Yalnız Türkiyənin meydana daxil olması ilə İŞİD-in nə layihə olduğu aydın oldu. İŞİD dünyanı qorxutmaq məqsədi ilə yetişdirilib. Biz bu təşkilatı dağıtdıq, özünü İŞİD düşməni elan edənlər isə onunla heç bir mübarizə aparmırdı. Suriyada İŞİD yoxdur, yalnız İŞİD adı ilə maskalanmış kiçik dəstələr var. Əgər biz birləşsək, bir neçə ay ərzində bu qalıqlara da son qoya bilərik.”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, İŞİD-lə mübarizə üçün ABŞ-ın dəstəklədiyi Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin yeganə məqsədi Türkiyədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...