Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: “İslami maliyyə strategiyaları inkişaf etdirilməlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İslami maliyyənin əhəmiyyətinin qlobal iqtisadi böhrandan sonra nəzərə çarpdığını söyləyib. “Din.az” xəbər verir ki, qlobal iqtisadi böhranın ardından İslami maliyyənin əhəmiyyətinin fərq edildiyinə diqqət çəkən prezident Ərdoğan, “bu sahədə əhəmiyyətli bir böyümə potensialının olduğu aşkarca ayındır” deyib. Prezidenti Rəcəb Tayyib Ərdoğan, noyabr ayında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İİT) İqtisadi və […]

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İslami maliyyənin əhəmiyyətinin qlobal iqtisadi böhrandan sonra nəzərə çarpdığını söyləyib.

“Din.az” xəbər verir ki, qlobal iqtisadi böhranın ardından İslami maliyyənin əhəmiyyətinin fərq edildiyinə diqqət çəkən prezident Ərdoğan, “bu sahədə əhəmiyyətli bir böyümə potensialının olduğu aşkarca ayındır” deyib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan, noyabr ayında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İİT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) toplantısının əsas mövzusunun, üzv ölkələrdə İslami maliyyə strategiyalarının inkişaf etdirilməsinin təyin olunduğunu ifadə edərək, “Edəcəyimiz danışıqlar və alacağımız qərarların ölkələrimizdə islami maliyyə sənayesinin inkişafına qatqı təmin edəcəyinə inanıram “deyib.

Prezident Ərdoğanın daimi başçılıq etdiyi 57 üzvdən və 5 müşahidəçidən ibarət İSEDAK-ın İzleme Komitəsi 32-ci toplantısı gerçəkləşdirilib. Prezidentin xarici işlər üzrə müşaviri Ahmet Yıldız, yığıncaqda Ərdoğanın mesajını oxuyub.

2 ildə 22 layihə həyata keçirilib…

Ərdoğan, mesajında, 2012-ci ildə qəbul edilən strategiya çərçivəsində İSEDAK-ın işlərini daha səmərəli davam etdirdiyini xatırladaraq, strategiyanın ən əhəmiyyətli vasitələrindən olan iş qruplarının 7-ci tur danışıqlarının müvəffəqiyyətlə tamamlandığını bildirib. Ərdoğan, “Strategiyanın digər əhəmiyyətli vasitəsi olan “maliyyə mexanizmi layihəsi”çərçivəsində ötən 2 il ərzində 22 layihə müvəffəqiyyətlə həyata keçirilib. Bu il ərzində 10 yeni seçilmiş layihənin tətbiqinə başlanmış olmasını təqdirlə qarşılayıram” deyə qeyd edib.

Qlobal iqitisadi böhranın ardından İslami maliyyə vasitələrinin əhəmiyyət və potensialının maliyyə bazarları tərəfindən daha çox fərq edilməyə başlandığının vurğulayan Ərdoğan, sözlərini belə davam etdirdi:

“Necə ki, 2009-2014-ci illər arasında İslami maliyyə sənayesinin il ərzində 16 faiz böyüməsi də bunun ən əhəmiyyətli göstəricisidir. Lakin İslami maliyyə vasitələri qlobal maliyyə aktivlərinin cəmi 1 faizini təşkil edir. Bu sahədə əhəmiyyətli dərəcədə böyümə potensialının olduğu aşkar şəkildə aydındır. Noyabr ayında keçirəcəyimiz İSEDAK toplantısının əsas mövzusu “Üzv ölkələrdə İslami maliyyə strategiyalarının inkişaf etdirilməsi” təyin olunub. Bu mövzuda aparacağımız danışıqlar və alacağımız qərarların ölkələrimizdə İslami maliyyə sənayesinin inkişafına təkan verəcəyinə inanıram”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...