Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan İsraili tanımayan yəhudiləri qəbul etdi – FOTO

İsrail dövlətini tanımayan Neturei Karta yəhudiləri …

Türkiyə prezidenti Ərdoğan İngiltərədə İsraili dövlət olaraq tanımayan Neturei Karta Ortodoks Musəvi dini icmasının üzvləri ilə görüşüb.

Din.az xəbər verir ki, Ərdoğan İngiltərənin baş naziri Tereza Mey ilə mətbuat konfransı keçirdikdən sonra musəviləri qəbul edib.

Özlərinə Qüdsün keşikçiləri deyən və İsrailin dağılmasığı istəyən Neturei Karta Ortodoks Musəvi camaatının üzvləri İsrailin bölgədəki işğalına qarşı çıxıblar. İsraili bir dövlət olaraq görməyən yəhudi qrupu sionizmi lənətləyir, müsəlmanlarla gözəl keçinirlər.

Qeyd edək ki, İsraildə 500 Neturei Karta Yəhudi ailəsi var. İsrail dövlətini tanımayan Neturei Karta yəhudiləri yerli və ümumi seçkilərdə iştirak etmir, uşaqlarını dövlət məktəblərinə təhsil almağa göndərmir və özləri də hərbi xidmətə getmirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...