Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib

R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırdı.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib və, öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: “Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, terror siyasəti yürütməkdə davam edir”.

Türkiyə prezidenti Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: “Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır”.

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Tel-Əvivi dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə etməkdə ittiham edib və İsraildən buna son qoymağı tələb edib. Daha sonra R.T.Ərdoğan İsraili sərt tənqid edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...