Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: İstanbuldakı sammit Suriya faciəsinin bitməsinə təkan verdi

Ərdoğan: “Suriyadakı böhran beynəlxalq problem olub”.

Türkiyə, Rusiya, Almaniya və Fransa prezidentlərinin sammiti Suriya faciəsinin bitməsinə təkan verdi, münaqişəni hərbi yolla həll etmək olmaz.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən sammitin yekunları üzrə mətbuat konfransında bildirib.

Türkiyə prezidenti deyib: “Bizim məqsədimiz atəşkəsi təmin etmək idi, həmçinin siyasi nizamlanmanı müzakirə etmək imkanımız oldu. Suriyadakı böhran beynəlxalq problem olub. Astana bizim üçün nümunə oldu, burada biz öz səylərimizi davam etdirdik və Suriya probleminin hərbi yolla həllinin olmadığı barədə fikirlərimizi təsdiqlədik”.

Rəcəb Tayyob Ərdoğan vurğulayıb ki, hamı Suriyadakı faciəni bitirmək üçün mübarizə aparmalıdır: “Düşünürəm ki, biz bu sammitdə buna təkan verdik. Digər ölkələri bu səyləri dəstəkləməyə çağırıram”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...