Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Ərdoğan Məhəmməd Əlinin cənazə namazında – FOTO – VİDEO

Share Button

Türkiyə prezidenti Amerikada keçirilən törəndə tək iştirak etməyib

Xəbər verdiyimiz kimi, iyunun 4-də tənəffüs yollarında yaranmış problemə görə vəfat edən boksçu Məhəmməd Əlinin ABŞ-ın Kentukki ştatının Luizvill şəhərində cənazə namazı qılınıb.

“Din.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Freedom Hall”da keçirilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və kürəkəni, energetika naziri Berat Albayraqla iştirak edərək namaz qılıb və dua edib.

74 yaşında dünyasını dəyişən əfsanəvi boksçunun cənazə namazını ABŞ-da müsəlman cəmiyyətinin rəhbərlərindən biri olan İmam Zaid Şakir qıldırıb.

Qeyd edək ki, Məhəmməd Əli iyunun 10-da “Cave Hill” qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində ABŞ-ın eks prezidenti Bill Klinton da çıxış edəcək.

2_4839

3_625_1

2_9093_1

2_8109

2_2675

2_2107_1

5759b56e67b0ac5a98008945

5759b56167b0ac5a980088fb

5759b56167b0ac5a980088fe

5759b56167b0ac5a98008907

5759b56567b0ac5a9800890d

5759b56567b0ac5a9800890e

5759b56567b0ac5a98008911

5759b56567b0ac5a98008921

5759b56967b0ac5a98008928

5759b56967b0ac5a98008929

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir