Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan məscidin açılışında: “Ramazanı qeyd edəcəyik, amma…”

“Şəhidlərimizin qanını yerdə qoymayacağıq…”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Fethiye Həsən Gümüşdağ Məscidinin açılışında danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Mardində əsgər, polis və kəndin qoruyucuları ilə birlikdə etdiyi iftarda “əməliyyatları bitirəkmi?” deyə sual verdiyini, qarşılığında “sonuna qədər davam” deyildiyini açıqlayıb.

Türkiyə prezidentinin çıxışından sətir başlıqları;

Rəbbim bizi azansız buraxmasın. Biz bir olaq, diri olaq, qardaş olaq, hər zaman birlikdə türkiyə olaq. Bizi bölmək istəyənlər hədəflərinə çata bilməyəcəklər.

Dünən körfəəzdə daha bir körpünü açdıq. Bu Osmanqazı körpüsü hazırda 4-cü körpüdü. Avqustun 26-da Yavuz Sultan Səlim körpüsünü açacağıq. O da dünyada bir nömrə olacaq. Hər ötən gün daha irəliyə döğru gedirik və daha da irəliyə gedəcəyik. Bu isə sözlə olmaz, istehsal edərək, sərmayə qoyaraq olur.

“Bayramı qeyd edəcəyik, amma hüzünlüyük…”

Həftənin ikinci günü Ramazna bayramını qeyd edəcəyik, amma hüzünlüyük, dərd içində qeyd edəcəyik. Şəhidlərimiz var, amma bilin ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq. 1 şəhid veririk, amma 10 terrorçunu da məğlub edirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir