Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan mətbuat konfransında fransız müxbirin “AĞZINDAN VURDU” – VİDEO

“FETÖ ağzı ilə danışırsınız, sizi anlamıram”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada Emmanuel Makron ilə birlikdə keçirilən mətbuat konfransında fransız müxbirin sualına necə lazımdır cavab verib.

Din.az bildirir ki, fransız müxbir MİT tırları ilə bağlı yayılan xəbərləri xatırladaraq, Türkiyənin terror təşkilatlarına silah yardımı etdiyini ittiham edən bir dillə soruşması Ərdoğanı özündən çıxarıb.

Daha sonra müxbir “Suriyada savaşan şəxslərə bu qədər silah gördərdiyiniz üçün peşmansınızmı?” sualına Ərdoğan “ Suriyaya kim silah göndərib? Sualınızı anlamadım. FETÖ ağzı ilə danışırsınız. Müxbir kimi deyil, tam olaraq FETÖ-çü kimi danışırsınız. O əməliyyatı edənlər FETÖ-nün adamları idi, indi isə onlar həbsdədirlər.

Sən mənə bu sualı verirsən, amma ABŞ-ın Suriyaya göndərdiyi 4 min TIR silahları niyə soruşmursan? Müxbirsən, bunları niyə bilmirsən?” deyə cavab verib.

Ərdoğanın fransız müxbirə verdiyi cavabın görüntülərini sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...