Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan: Mursini öldürüblər

“M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb”.

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında tibbi yardım göstərilmədiyi üçün ölüb.

Din.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb:

“Səlahiyyətli şəxslər isə vəziyyətə müdaxilə etməyib. Mursi təbii ölümlə ölməyib, o öldürülüb. Türkiyə bu məsələni izləyəcək”.

R.T.Ərdoğan vəd edib ki, Misir hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...