Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan NATO-nu tənqid edib

“NATO üzvü olan Türkiyə Suriya sərhədi boyu terror təhdidi ilə üzləşib”. Ərdoğan.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstək verməyən NATO-nu sərt tənqid edib.

Din.az ın APA-ya istinadən bildirdiyinə görə, Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Bolu rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, Türkiyə NATO-nun çağırışına əsasən Əfqanıstan, Balkanlar, Kosova və digər yerlərdə sülhyaratma missiyalarında iştirak edib.

Bu gün NATO üzvü olan Türkiyənin Suriya sərhədi boyu terror təhdidi ilə üzləşdiyini söyləyən R. T. Ərdoğan NATO-nun Türkiyəyə dəstək verməməsini yolverilməz sayıb: “Türkiyə NATO üzvü kimi hər zaman üzərinə düşən vəzifəni yerinə yetirib. NATO nə vaxta qədər Suriyada baş verənlərə biganə qalacaq? NATO sərhədləri Suriya ərazisindən terrorçuların hücumlarına məruz qalan Türkiyəyə nə zaman dəstək verməyi planlaşdırır? Nə vaxta qədər mən belə çağırışlarla çıxış etməliyəm?”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...