Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan Netanyahunu irqçilikdə günahlandırdı

Ərdoğan: “Onun əli fələstinlilərin qanına batıb”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.

Din.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

“Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aperteid dövlətinin baş naziridir.

Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.

İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun”, – deyə Ərdoğan “Twitter” səhifəsində yazıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...