Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan: “Netanyahunun atdığı bütün addımlar beynəlxalq hüquqa ziddir”

Netanyahunun yəhudilərin yaşadığı bütün əraziləri ölkəsinə birləşdirəcəyi ilə bağlı açıqlaması qanunsuzluqdur.

“İsrailin baş naziri Benyamin Netanyahunun atdığı bütün addımlar beynəlxalq hüquqa ziddir”.

Din.az bildirir ki, “Anadolu Agentliyi”nə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında deyib.

İsrail baş nazirinin seçkiləri qazanacağı təqdirdə yəhudilərin yaşadığı bütün əraziləri ölkəsinə birləşdirəcəyi ilə bağlı açıqlamasını şərh edən Türkiyə prezidenti deyib ki, İsrailin 1948-ci ildən bu yana atdıqları bütün addımlar qanundan kənardır: “Bunlar BMT-nin qərarlarına ziddir. Onlar paytaxt məsələsində ABŞ-a arxalanaraq bu addımı atıblar. Qolan yüksəklikləri ilə bağlı da atılan addımlarda da bunları gördük. Seçki ərəfəsində bu açıqlamalar, Orta Şərq üçün qaranlıq bir gələcəyin hazırlanması qəbuledilməzdir. İordaniya çayının qərb sahilləri fələstinlilərin torpağıdır. Biz Fələstin xalqının yanında necə yer almışıqsa, bu gündən sonra da bu dəstəyimizi davam etdirəcəyik”. / ONA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...